• SOSİAL

    14:20 3 aprel 2019

Təhsil Nazirliyinin qrant müsabiqəsinə sənəd qəbulu yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə sənəd qəbulu mərhələsi yekunlaşıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan ONA-ya verilən məlumata görə, bu il ilk dəfə olaraq müsabiqəyə sənəd qəbulu prosesi elektron qaydada www.grants.edu.az portalı vasitəsilə həyata keçirilib.

Bildirilib ki, martın 11-dən başlanılan prosesdə 1018 pedaqoji işçi və 270 ümumi təhsil müəssisəsi portalda qeydiyyat keçib: “Qeydiyyatdan keçənlərdən 678 nəfər pedaqoji işçi və 200 ümumi təhsil müəssisəsi müsabiqəyə öz layihə təklifini göndərib. Layihə təkliflərinin statusları haqqında məlumat müraciət edənlərin şəxsi kabinetinə göndərilib.

Hazırda layihə təklifləri ekspert qrupu tərəfindən qiymətləndirilir. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra müsabiqənin nəticələri ictimaiyyətə təqdim ediləcək”.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR