Tələbə köçürülmələrinin vaxtı açıqlanıb
  • SOSİAL

  • 14:55 15 Yanvar 2020

Tələbə köçürülmələrinin vaxtı açıqlanıb

2020-ci il üçün tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digər ali təhsil müəssisəsinə və ya digər ixtisasa köçürülməsinin vaxtı məlum olub.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının və ya xarici ölkənin ali təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq bakalavriat və magistratura səviyyələrində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digər ali təhsil müəssisəsinə və ya digər ixtisasa köçürülməsi yay və qış tətili dövründə Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə həyata keçirilir.

Beləliklə, tələbələrin köçürülməsi 1-7 fevralda (qış tətil müddəti) və 5-20 iyulda (yay tətili müddəti) həyata keçiriləcək.