• SOSİAL

    14:10 24 iyul 2025

Tələbələr üçün Prezident təqaüdünün məbləği artırılıb

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.
ONA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Beləliklə, Prezident təqaüdünün məbləği 275 manatdan 350 manata qaldırılıb.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə 350 manat məbləğində Prezident təqaüdü alacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR