• SOSİAL

    12:05 20 may 2019

Tələbələrarası İntellekt Olimpiadasının finalçıları məlum olub

“LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI" layihəsinin Final mərhələsinə yüksələn tələbələrin adı məlum olub.

ONA-nın xəbərinə görə, ümummilli lider Heydər Əliyevin 96-cı il dönümünə və Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş olimpiadanın final mərhələsinə 450 nəfər vəsiqə qazanıb.

Layihənin reqlamentinə əsasən, ilk turda bütün universitet tələbələri öz ali təhsil müəssisələrində biliklərini yoxlayıblar. 23 universitetdən 10 254 nəfər fərdi şəkildə yarışaraq, 100 dəqiqə ərzində IQ, məntiq və dünyagörüşünə aid 50 sualı cavablandırıb.

Final mərhələsi fərqli reqlamentdə keçiriləcək. Fərdi yarışda onlar Azərbaycan tarixi, Uluöndər Heydər Əliyev həyat və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyəti tarixi , dünyagörüşə əsaslan açıq tipli sualları cavablandıracaqlar. Yekun mərhələ iyun ayının 1-də keçiriləcək. Layihənin mükafatlandırma mərasimi iyun ayının 15-də keçiriləcək.

Bildirək ki, final turunda iştirak edən hər kəs “LEAD Education” tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 20-100% endirim qazanacaq. Final mərhələsində iştirak edən 100-dək tələbə layihənin sponsorları və tərəfdaşlarının təqdim etdiyi aşağıdakı hədiyyələrlə mükafatlandırılacaq:

  • “Baku Elektronics”dən Notebook, planşet, fotoaparat;
  • “İrşad Telekom”dan HONOR smartfonu və 20 ədəd HONOR band smart saatı;
  • “İSMA Bike”dan 2 ədəd İSMA Bike velosipedi;
  • “Bizon”-dan iştirak edən hər kəsə enerji içkiləri;
  • “Boranı” restoranlar şəbəkəsindən 10 ədəd 2 nəfərlik şam yeməyi;
  • “Nizami Kino Mərkəzi”ndən ən baxımlı filmlərə 20 ədəd bilet;
  • AAAF SPA mərkəzindən endirim kuponları;
  • Tanınmış brendərdən endirim kuponları;
  • və digər tərəfdaşlarımızdan çoxlu hədiyyələr...

Tələbələrarası İntellekt Olimpiadasının cavabları aşağıdakı linkə daxil olmaqla öyrənə bilərsiniz: http://www.leadeducation.az/olimpiada

Əlavə məlumat üçün aşağıdakı nömrələrə zəng edə bilərsiniz:

012 595 05 35

055 576 05 35

070 576 05 35

ONA

Teqlər:

SON XƏBƏRLƏR