• SOSİAL

    17:27 23 may 2019

“Teleradio yayımı” haqda qanun “Lisenziyalar və icazələr” haqqında qanuna uyğunlaşdırılacaq

“Televiziya və radio yayımı” haqqında qanunun “Lisenziyalar və icazələr” haqqında qanuna uyğunlaşdırılması üçün bir müddət əvvəl MTRŞ tərəfindən müvafiq təkliflər hazırlanıb”.

Bunu ONA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Nemət Cavadov deyib.

O bildirib ki, Şura tərəfindən hazırlanmış təkliflər aidiyyəti qurumlara təqdim edilib.

Şöbə müdiri qeyd edib ki, “Televiziya və radio yayımı” haqqında qanun “Lisenziyalar və icazələr” haqqında qanuna uyğunlaşdırılmalıdır: “Lisenziyalar və icazələr haqqında” qanunun 22.1-ci maddəsinə əsasən lisenziyalar, bu qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla, müddətsiz verilir. “Televiziya və radio yayımı” haqqında qanunda isə lisenziyaların müddəti 6 il kimi müəyyən edilib. Ona görə də qanunların bir-birinə uyğunlaşdırılması vacibdir”.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR