• SOSİAL

    14:25 14 iyul 2022

Temperatur 43 dərəcəyə çatacaq - PROQNOZ

İyulun 15-nə gözlənilən hava şəraiti açıqlanıb.

ONA ETSN-in Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Azərbaycanın rayonlarında iyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-43°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.

Qərb küləyi arabir 15-18 m/s, 14-ü axşamdan 16-sı səhərədək və 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti, Bakıda gecə 25-27° isti, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında yağmursuz hava olacaq. Lakin gecə və səhər Böyük Qafqaz zonasının şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR