Tibb işçilərinin mayda nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub.
ONA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin açıqladığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, Nazirlər Kabinetinin dünyada yayılmış koronovirusla (COVİD-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, ölkə ərazisində virusun yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb. Bunu nəzərə alaraq, may ayı üçün tərtib olunmuş imtahan cədvəlinin yenidən işlənilib hazırlanması məqsədilə, həmin ayda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub: “ Yeni imtahan cədvəli hazırlandıqdan sonra imtahana namizəd şəxslərə imtahan tarixləri barədə məlumat veriləcək”.