• SOSİAL

    17:10 10 aprel 2019

Tikinti obyektləri 20 gün müddətində ETŞ-yə qoşulacaq

Tikinti obyektlərinin ETŞ-yə qoşulmasının müddəti azaldılıb.

Prezident İlham Əliyev “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

ONA-nın məlumatına görə, tikinti obyektinin ETŞ-yə (enerji təchizatı şəbəkəsi) qoşulması 24 gün müddətindən 20 günə endirilib.

Dəyişikliyə görə, qoşulma haqqının məbləğlərini kənd təsərrüfatı və sənaye təyinatlı, habelə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət göstərən tikinti obyektləri üzrə ayrılıqda və sahibkarların tələb olunan elektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının 20 (iyirmi) gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən edilir.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR