• SOSİAL

    12:58 18 mart 2019

TN: Azərbaycan “Web of Science”da elmi məqalələrin sayına görə Cənubi Qafqazın lideridir

Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı ilə "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq çərçivəsində tarixi uğur əldə olunub.

Təhsil Nazirliyindən (TN) ONA-ya bildirilib ki, qeyd olunan şirkətin “Web of Science” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib.

Bu günə olan məlumata əsasən, “Web of Science” elmi bazasında 2018-ci ildə Azərbaycan üzrə 1274 elmi tədqiqat işi qeydə alınıb.

2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Hazırda Azərbaycanın 40 ali təhsil müəssisəsinin “Web of Science” elmi platformasına çıxışı təmin olunub: “Alimlərimizin elmi bazanın imkanlarından daha aktiv faydalanması üçün bu vaxta qədər Bakı, Gəncə və Naxçıvan şəhərlərində ümumilikdə 2300 nəfərin iştirakı ilə 70-ə yaxın təlim və sertifikasiya proqramı təşkil edilib. 2014-2018-ci illər ərzində Azərbaycan alimlərinin “Web of Science” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 72 faiz artıb. Həmin dövrdə ali təhsil müəssisələri üzrə müvafiq göstərici 2,1 dəfə artıb”.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR