Tovuzda itkin düşən ana və 5 yaşlı oğlu tapılıb 
  • SOSİAL

  • 14:29 14 Noyabr 2021

Tovuzda itkin düşən ana və 5 yaşlı oğlu tapılıb

Tovuzda itkin düşən ana və 5 yaşlı oğlu tapılıb.
Bu barədə APA-nın yerli bürosuna itkin düşən 1993-cü il təvəllüdlü Tacirə Aslanovanın atası Şahin Aslanov məlumat verib.
Ata qeyd edib ki, qızı Bakı şəhərindən tapılıb və Tovuz Rayon polis şöbəsinin əməkdaşları tərəfindən onlara təhvil verilib.
Hazırda onların səhhətində hər hansı bir problem yoxdur.
Hadisənin təfərrüatları araşdırılır.
Qeyd edək, rayonun Aşağı Quşçu kənd sakini 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı – 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabr ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR