• SOSİAL

    17:42 1 oktyabr 2019

Türkiyə Prezidenti Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

Səfir qeyd edib ki, R. T. Ərdoğanın bu ay Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfəri planlaşdırılır.

Qeyd edək ki, Türk Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR