“Son 200 il türk tarixində faciəli hadisələr çoxdur. Biz son 200 ildə dövlətlərimiz nə zaman zəiflədi, millətimizin başına böyük faciələr gəldiyini gördük”.
ONA-nın məlumatına görə, bunu bu gün Quba şəhərindəki Soyqırımı Memorial Kompleksində azərbaycanlıların soyqırımının 101-ci ildönümünə həsr olunmuş konfransda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Türkiyə səfiri tarix boyu dəyişməyən bir gerçəkliyin olduğunu vurğulayıb: “Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Türkiyə və Azərbaycanın qarşılaşdığı təhdtdlər, faciələr hər zaman eyni olub. Şəkildə Bakıdakı İsmailiyyə binasını görürük. 1918-ci ildə Birinci Dünya Müharibəsinin sonlarına yaxınlaşıldığı dönəmdə rus orduları Anadoluda irəliləməyə başladılar, Ərzurumu, Ərzincanı ələ keçirdilər. Bu zaman İsmailiyyə binasında yerləşən xeyriyyə cəmiyyəti Anadoludakı qardaşlarına yardım etmək, Azərbaycanın yardımını Anadoluya aparmaq üçün dərhal işğal edilmiş həmin şəhərlərdə bir şöbəsini açıb, oradakı yetimləri, dulları ac buraxmadı, sahib çıxdı. Məncə, bu baxımdan İsmailiyyə binasının 1918-ci il 31 martda yandırılan ilk binalardan biri olması heç də təsadüfi deyil”.
E. Özoral deyib ki, bu gün Bu gün Türkiyə Cümhuriyyətini, Osmanlı imperiyasını keçmişdə soyqırım törətməkdə ittiham edənlər özlərinin əməllərini unutmaqdadırlar: “İsmailiyyə binasını hədəf alarkən Azərbaycan və Anadolu türklərini hədəf aldıqları kimi 1918-ci ildə Azərbaycanda etdiklərinin eynisini Anadoluda da həyata keçirdilər. Ərzurumda, Ərzincanda, Vanda, Qarsda, Ərdahanda, İğdırda hansı qətliamlar törətdilərsə, eynisini Azərbaycan torpaqlarında da törətdilər. Bu gün erməni millətin nəvələri utanmadan türk millətini soyqırım törətməkdə günahlandırırlar. Anadoluda törətdikləri hadisələri də Osmanlı dövlətinə qarşı özlərini müdafiə etmək üçün törətdiklərini iddia edirlər. O zaman onlardan soruşmaq lazımdır ki, Azərbaycanda bu əməlləri törətdin, bəs Azərbaycanda sənin tükünə toxunan vardımı? Azərbaycanda niyə qətliam törətdiniz? Bizlər iki dövlət, bir millətik. Keçmişdə yaşadığımız həm xoş, həm faciəli günlərimizi heç vaxt unutmamalı, xüsusən bizdən sonrakı nəsillərə anlatmaılyıq. Azərbaycanda o dönəm yaşananlar eyni şəkildə Anadoluda da yaşanıb. Bunun səbəbi də Böyük Ermənistan xəyalıdır. Ermənilər “Böyük Ermənistan” xəyalından bu gün də vaz keçməyiblər. Nə zaman bizi gücsüz görsələr, üzərimizə hücum edib bu xəyalını həyata keçirmək üçün yenə hərəkətə keçirlər. 27 il əvvəl bunu öz gözlərimizlə gördük. Qarabağda, Xocalıda, Azərbaycanın işğal altındakı 7 rayonunda bunun şahidi olduq. Azərbaycaınn işğal altındakı torpaqlarında mədəni əsərlərə qarşı aparılan siyasət də hamımızın gözü qarşısındaır. Ermənilərin bir həfəi var. Ermənilərin hədəfi Böyük Ermənistan yaratmaq, bunun üçün də bu torpaqlarda türklüyü məhv etməkdir”.
Türkyiə səfiri qeyd edib ki, bu günə qədər Azərbaycanda, Türkiyədə minlərlə şəhid vermişik: “Qubadakı bu kütləvi məzarlığın bənzərləri Ərzurumda, Vanda, Anadolu torpaqlarında da var. Ona görə də heç vaxt unutmamalıyıq ki, biz böyük öndər Heydər Əliyevin dediyi kimi, bir dövlət, iki millətik. Bizim düşmənlərimiz bu gerçəkliyi heç bir zaman unutmadılar. Biz də ayıq olmalıyıq. Xüsusən gənclərimiz keçmişimizi öyrənib, gələcəyimizə sahib çıxmalıdırlar. Bu, minlərlə şəhidimizə borcumuzdur. Buradakı üzlər, sifətlər simvolik də olsa, getdikləri yerlərdən bizləri izləyirlər. Bu gün onlara qarşı borcumuz var. Anadoludan kənarda Türkiyənin Ən çox şəhidlərinin olduğu ölkə Azərbaycandır. Bu da təsadüfi deyil. 1918-ci ildə yaşanan hadisələr Anadoludan Qafqaz Ordusunun Azərbaycana göndərilməsini zəruri etdi. Qardaşlarımız buradakı qətlə yetirilərkən buna səssiz qala bilməzdik. Bu gün Qubanın çox yaxınında, 15 km məsafədə türk şəhidlərinin məzarı var. İnşaallah, yaxında açılışını edəcəyik. Ona görə jə bütün şəhidlərimizə borcumuz var və bu borcu ödəmək üçün keçmişimizə olduğu kimi gələcəyimizə də sahib çıxmaq üçün tariximizi unutmamalıyıq. Zəif olacağımız günlərdə təkrar eyni hadisələrin başımıza gələcəyini bilməyimiz lazımdır. Ona görə də hər zaman birlikdə güclü olmalıyıq. Biz Türkiyə olaraq son 27 ildə özümüzü daha güclü hiss edirik, çünki müstəqil bir dövlət kimi qardaşımız Azərbaycan yanımızdadır. Azərbaycan bütün platformalarda, qarşılaşdığımız bütün çətinliklərdə yanımızdadır. Biz də eyni şəkildə Azərbaycanın yanında olacaq, şəhidlərimizə qarşı borcumuzu ödəməyə çalışacağıq”.