• SOSİAL

    18:39 5 mart 2019

Türkiyə tibb universitetlərinin Azərbaycanda filialı yaradıla bilər

Azərbaycan Tibb Universitetində (ATU) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Türkiyə universitetlərinin nümayəndə heyəti ilə görüş olub.

Səhiyyə Nazirliyi mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, görüşdə ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqlara universitetin tədris proqramındakı yeniliklər və nəzərdə tutulan islahatlar barədə ətraflı məlumat verib.

Professor G.Gəraybəyli Azərbaycanda ikili diplomların alınması üçün işlər görüldüyünü, bu baxımdan ATU tələbələrinin də yaranacaq imkanlardan yararlana biləcəklərini bildirib. Rektor Türkiyəyə tələbə göndərilməsi ilə yanaşı, oradan müəllimləri ATU-da dərs keçməsinə önəm verildiyini vurğulayıb.

Rektor G.Gəraybəyli gələcəkdə Türkiyə tibb universitetlərinin ATU nəzdində filialı yarana biləcəyini də istisna etməyib.

ATU ilə tanışlığından məmnun olduğunu bildirən Ege Universitetinin tibb fakültəsinin professoru İbrahim Durak son illər Türkiyədə tibb təhsili standartlarının dünya standartlarına uyğun olması ilə bağlı hesabat hazırladığını bildirib. Onun sözlərinə görə, bu sənəd ATU üçün də yararlı ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin rəhbəri Dr. Hande Harmancı ATU-nun Hacettepe Universiteti ilə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR