• SOSİAL

    14:14 26 yanvar 2020

Türkiyədə zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyyəsi prosesi başa çatıb

Türkiyədə zəlzələ zonasında təhsil alan tələbələrimizin və digər Azərbaycan vətəndaşlarının təxliyyəsi başa çatıb.

Azərbaycanın Türkiyədəki Səfirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu gün zəlzələ zonası Elazığ və Malatyadan yola salınan üçüncü avtobus da artıq Sədərək gömrük-keçid məntəqəsindən Naxçıvana keçib.

Təxliyyə olunan vətəndaşlarımız Naxçıvana aeroportindan xüsusi təyyarə ilə Bakıya yola salınacaqlar.

Azərbaycanın Qars Baş Konsulluğundan bildirilib ki, bu gün səhər saatlarında 3 avtobus İğdırda konsulluq əməkdaşları tərəfindən qarşılanıb və Naxçıvan sərhədinə yola salınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi ilə bağlı tapşırıq verib.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla 20.55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 35-ə çatıb, tibbi yardım üçün 1607 nəfər müraciət edib. Xəstəxanalarda hazırda 104 yaralı var, onlardan 32-nin vəziyyəti ağırdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR