• SOSİAL

    17:04 24 fevral 2023

Türkiyənin səhiyyə naziri FHN-in Kahramanmaraşdakı səhra hospitallarında olub - VİDEO - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar tədbirlər davam etdirilir.

ONA FHN-in saytına istinadən xəbər verir ki, bu çərçivədə, Türkiyə Respublikasının səhiyyə naziri Fəxrəddin Qoca Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraş rayonunda yerləşən mobil səhra hospitallarında olub, burada yaradılmış şəraitlə, həmçinin hospitallarda müayinə və müalicə olunan yaralı və xəstələrin vəziyyətləri ilə maraqlanıb, FHN-in tibbi personalı ilə görüşüb.

F.Qoca hospitallarda yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.

Türkiyənin səhiyyə naziri FHN-in Kahramanmaraşdakı səhra hospitallarında olub - VİDEO Türkiyənin səhiyyə naziri FHN-in Kahramanmaraşdakı səhra hospitallarında olub - VİDEO Türkiyənin səhiyyə naziri FHN-in Kahramanmaraşdakı səhra hospitallarında olub - VİDEO Türkiyənin səhiyyə naziri FHN-in Kahramanmaraşdakı səhra hospitallarında olub - VİDEO

ONA

Teqlər:

SON XƏBƏRLƏR