• SOSİAL

    00:13 17 dekabr 2019

Üç qurumun saxlanılması üçün İşsizlikdən Sığorta Fondunun büdcəsindən 43 milyon manat ayrılıb

Gələn il İşsizlikdən Sığorta Fondunun büdcəsindən 43 milyon manatın hansı istiqamətlərdə xərclənəcəyi məlum olub.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1698-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, həmçinin Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanılması üçün xərclənəcək.

Qeyd edək ki, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda 43 milyon manat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri üçün nəzərdə tutulub. Fərmana əsasən, həmin orqanlar müəyyənləşib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR