Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində havanın şəraitinin dəyişməsinin səbəbini açıqlayıb.
ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva APA-ya deyib ki, gözlənildiyi kimi, çox isti hava şəraitindən sonra 29 iyun axşam saatlarından başlayaraq ölkəyə Qara dənizdən hərəkət edən soyuq hava cərəyanlarının daxil olması nəticəsində respublika ərazisində temperatur aşağı enib.
O qeyd edib ki, əksər rayonlarda yağış qeydə alınır, bəzi rayonlarda leysan xarakterlidir. U. Tağıyeva nəzərə çatdırıb ki, Bakıda Qərb küləyinin sürəti 23-28 m/s olub.