2018-ci il ərzində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyətindən 20748 nəfər bəhrələnib.
ONA-nın məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb
Bundan əlavə, “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı müraciətlərə daha operativ şəkildə reaksiya verilməsi və zorakılıq halının təkrar baş verməsinin qarşısının alınması məqsədilə Bakının Sabunçu və Binəqədi rayonlarında işçi səviyyədə monitorinq qruplarına daxil olan dövlət orqanlarının əməkdaşlarından ibarət şəbəkə yaradılıb.