Xüsusi təyinatlı qida məhsullarının (pəhriz, uşaq yeməkləri) istehsalına, emalına və dövriyyəsinə dair tələblər, nəzarət mexanizmi təkmilləşdiriləcək, təkliflər hazırlanacaq.
APA-nın xəbərinə görə, bu, “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası üçün Səhiyyə Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planında öz əksini tapıb.
Tədbirlər Planında göstərilib ki, xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilələr) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək və xüsusi pilot layihələr icra ediləcək.