Bütün Milli Parklarda uşaqlar üçün "Təbiəti dərk et- əylən" tipli guşələr yaradılacaq.
ONA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.
O bildirib ki, burada məqsəd gənc nəslin, uşaqların vaxtlarını səmərəli və maraqlı keçirməsi, təbiəti öyrənməsidir. Bu guşələrdə təbiətlə bağlı maraqlı interaktiv oyunların keçirilməsi nəzərdə tutulur.