ÜST-ün məlumatına görə, Avropa regionunda 2007-2018-ci illər qızılca üzrə ən çox qızılca halı Ukraynada qeydə alınıb ki, orda 39 902 insan qızılcaya yoluxub.
ONA-nın xəbərinə görə, bunu ÜST-ün Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova deyib.
Onun sözlərinə görə, əgər dünyada 2016-cı ildə 34 ölkədə 5273 qızılca hal qeydə alınıbsa, 2018-ci ildə bu, 47 ölkədə 83 540 hal olub: "2019-cu ildə isə Avropada 34 300 qızılca halı qeydə alınıb. Bunun 91 faizi 5 ölkə - Ukrayna, Qırğızıstan, Gürcüstan, Qazaxıstan və Rusiyada toplanıb. 10 ölkədə 74 ölüm hadisəsi qeydə alınıb ki, bunlardan ən çoxu 22-si Rumıniyada olub".
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə Azərbaycanda ən çox qızılcaya yoluxma halı 15-24 yaş arası insanlarda qeydə alınır: "Azərbaycanda qızılcaya yoluxma halı hər 1 milyon nəfərə 1 yaşdan aşağı 26.9, 1-4 yaş qrupunda 20.1, 5-9 yaş qrupunda 29.1, 10-14 yaş qrupunda 10.2, 15-24 yaş qrupunda, 73.1, 25-39 yaş qrupunda 44.1, 40 yaşdan yuxarı isə 5.1-dir. 2019-cu ildə 218 təsdiqlənmiş qızılca halı qeydə alınıb".