• SOSİAL

    11:24 9 yanvar 2021

ÜST: 42 ölkədə COVID-19-a qarşı peyvəndlənməyə başlanılıb

“36-sı yüksək, 6-sı orta gəlirli olmaqla 42 ölkədə COVID-19-a qarşı peyvəndlənməyə başlanılıb”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus videokonfrans formatında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, dolayısı ilə aşağı və orta gəlirli ölkələrin əksəriyyətinin hələlik peyvənd almadığına dair açıq problem mövcuddur: “Bu, həll edə biləcəyimiz bir problemdir. Bu məsələni COVAX və ACT-Accelerator vasitəsilə birlikdə həll etməliyik”.

Baş direktor koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertlərinin Çinə girişinin yubanmasına da toxunub. Tedros Adhanom Qebreyesus qeyd edib ki, ekspertlərin Çinə səfəri ilə bağlı danışıqlar davam edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR