“Pandemiya ilk mərhələdə Çindən sonra İtaliya və İspaniya virusun yayılma mərkəzi oldu”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib ki, indi Avropada yayılma azalsa da, digər ölkələrdə artır: “Qonşuluqdakı ölkələrdə sabitləşmə görürük. Azərbaycanda isə son 14 gündə artım görürük”.