Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb.
APA xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Ofisi məlumat yayıb.
Bildirilib ki, bu nailiyyət səhiyyə işçilərinin davamlı fədakarlığı, eləcə də malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi ilə mümkün olub.