• SOSİAL

    11:03 19 aprel 2019

ÜST: “Hər il 2,6 milyon insan artıq çəki və piylənmədən həyatını itirir''

"2013-cü ildə 5 yaşadək uşaqlardan 42 milyonu artıq çəki və piylənmədən əziyyət çəkib".

ONA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı ''Piylənmənin idarə olunmasında ən yeni tendesiyalar'' elmi-praktik konfransında çıxışı zamanı deyib.

O bildirib ki, əgər tədbir görülməzsə, 2025-ci ilə qədər 5 yaşadək 70 milyon uşaq artıq çəki və piylənmədən əziyyət çəkə bilər: ''Hazırda dünyada 18 yaşadək 170 milyon artıq çəkili insan var. Hər il ən azı 2,6 milyon insan artıq çəki və piylənmə səbəbindən həyatını itirir''.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR