Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 9-na olan məlumatı açıqlayıb.
ONA-nın xəbərinə görə, məlumatda bildirilir ki, son 24 saat ərzində Banqladaş, Albaniya və Paraqvayda koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının sayı:
Dünyada: 109 577 (3993 yeni)
3809 ölüm halı (225 yeni)
Çində: 80 904 (45 yeni)
3123 ölüm halı (23 yeni)
Çinin xaricində:
28 673 yoluxma halı (3948 yeni)
686 ölüm halı (202 yeni)
104 ölkə/ərazi (3 yeni)
ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.