“Payızda koronavirusun ikinci dalğasına hazırlaşmalıyıq”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe deyib.
“Biz ölkələrə müraciət edirik: Vəziyyət yaxşılaşır deyə, bunu bayram etmək vaxtı deyil, hazırlaşmaq vaxtıdır. Biz indi payıza hazırlaşmalıyıq!”, - deyə ÜST rəsmisi vurğulayıb.