• SOSİAL

    09:05 6 dekabr 2020

ÜST: Son sutka ərzində dünyada daha 6 348 nəfər koronavirusdan həyatını itirib

Dünyada COVID-19-a yoluxanların sayı 65 milyon nəfəri ötüb.

ONA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 65 007 974 təşkil edir, 1 507 018 insan koronavirusdan həyatını itirib.

COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda 403 mindən çox olub, 6 348 insan həyatını itirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR