• SOSİAL

    13:27 28 iyun 2020

ÜST-ün Azərbaycan nümayəndəliyi: “5G mobil şəbəkələri COVID-19-u yaymır”

Virus radiodalğalar/mobil şəbəkələr vasitəsi ilə yayıla bilmir.

Ümumdüya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən ONA-ya verilən məlumata görə, COVİD-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.

ÜST-nin Azərbaycan nümayəndəliyi nəzərə çatdırır ki, COVİD-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsi ilə yayılır: “Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR