“Yaxın zamanlarda Vəkillər Kollegiyası ilə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında əməkdaşlıq barədə memorandum imzalanacaq”.
ONA-nın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, memorandumun imzalanmasında məqsəd vəkillik fəaliyyətində korrupsiya ilə bağlı müzakirələrin aparılması, birgə tədbirlərin keçirilməsidir: “Bu memorandum əslində ictimaiyyətə də bir mesaj olacaq. Vəkilllər Kollegiyası neqativ hallarla, qeyri-prosessual münasibətlərlə əməli mübarizə aparan tədbirlər görür".