"Vena xəstəlikləri ürək və beyin arteriyaları kimi əhəmiyyətli venaların olduğu bütün orqanlardan, beyindən qanın ürəyə qayıtmasına səbəb olan böyük venalarda yaranan problemlərdir. Bu dərin vena trombları və ağciyər emboliyası kimi ölümcül hadisələr yaradır".
ONA xəbər verir ki, bunu “Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfransında Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) intervensional radiologiya və şüa diaqnostikası şöbəsinin müdiri, professor Ahmet Memiş deyib.
O bildirib ki, günümüzdə bu xəstəliklər zamanı "xəstə ölər" deyilsə və təbii ölüm adlansa da, texnologiyanın inkişafı ilə qarşısının alınması mümkündür: “Bu, bir çox hamilə ana ölümlərinin səbəblərindən biridir. Hazırda uşaqlığın qanaxması, ağciyər emboliyasının qarşısını almaq üçün çoxlu operativ metodlar var. Bu xəstəliklər diaqnozun qoyulmasında çətinliklər yaradan hadisələrdir. Xəstə təngnəfəslik, ürək döyüntüsünün artması, ürək çatışmazlığı kimi şikayətlərlə gəldikdə, infarktla birlikdə mütləq ağciyər emboliyasını da nəzərə alaraq düşünmək lazımdır. İlkin addımda bu diaqnoz düşünülmədiyi üçün diaqnozunu qoymaq çox çətindir. Amma düşünülən zaman kompüter tomoqrafiyası ilə rahat diaqnoz qoymaq olur. Daha sonra trombu müxtəlif metodlarla müalicə etmək mümkündür. Azərbaycanda bütün operativ metodlar xəstəxanamızda həyata keçirilir”.
A.Memiş bildirib ki, ağciyər törəmələrinin yuxarı boş venaya, qarın törəmələrinin aşağı boş venaya yapışmaları və bu venalardakı tutulmalar gerçək onkoloji hadisələrdir.