• SOSİAL

    17:04 30 mart 2019

Vergi orqanlarına işə qəbul üzrə test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən ONA-ya verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb. İmtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. Onlardan 216 namizəd imtahana gəlməyib. 1 nəfər imtahandan xaric edilib. 108 namizəd müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR