Azərbaycan Prezidenti İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında" müvafiq Fərmanına əsasən, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
APA xəbər verir ki, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı, Fizuli istiqamətində gedən döyüşlərdə yaralanmış, Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu təyin edilib.