• SOSİAL

    15:30 8 mart 2021

Vətən müharibəsində ağır yaralanaraq 5 ay sonra şəhid olan əsgər Sabirabadda dəfn olunub - FOTO

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanaraq 5 ay sonra hospitalda vəfat edən əsgər Balakişiyev Zamin Dadaş oğlu Sabirabadda dəfn edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.

20 yaşlı şəhid əsgər Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunub.

Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

ONA

Teqlər:

SON XƏBƏRLƏR