• SOSİAL

    14:41 28 aprel 2021

Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olunub - FOTO

Gəncədə Vətən müharibəsində şəhid olmuş hərbçi ilə vida mərasimi keçrilib.

APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycan Ordusunda hərbi xidmət edən hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Elvin Fuad oğlu Mustafayevin nəşi doğulduğu Gəncə şəhəri Cavad Xan qəsəbəsində yaşadığı evə gətirilib. Şəhidlə vida mərasimində icra hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər iştirak edib.

Elvin Fuad oğlu Mustafayev Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü. Ötən gün ordumuzun hərbi qulluqçusunun şəhid olduğu məlum olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR