Rusiya prezidenti Vladimir Putin bu gün LUKOİL-ın prezidenti Vahid Ələkbərovla görüşəcək.
ONA-nın RİA Novosti-yə istinadən verdiyi xəbər görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, V.Putin bu gün Kremldə işləyəcək və onun bir sıra işgüzar görüşləri planlaşdırılıb: “Bu görüşlərdən biri LUKOİL-ın prezidenti Vahid Ələkbərovla olacaq. LUKOİL həm yerli bazarda, həm də xarici bazarlarda vacib yer tutan nəhəng neft şirkətidir. Prezident ənənəvi olaraq Vahid Ələkbərovla görüş keçirir və bu da həmin görüşlərdən biridir”.