• SOSİAL

    12:22 12 mart 2019

İcra başçısı: "Badamdar qəsəbəsində qanunsuz tikililərlə bağlı çox böyük problemlər var"

“Badamdar qəsəbəsində yol nişanları, demək olar ki, yox səviyyəsindədir. Avtomobillər hər tərəfdən idarə olunur. Bu da insanların narazılığına gətirib çıxarır”.

ONA-nın məlumatına görə, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov deyib.

İcra başçısı bildirib ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə görüşləri olub: “Bakı Nəqliyyat Agentliyində Badamdar qəsəbəsində nəqliyyatın normal səviyyəyə gətirilməsi üçün bütün lazımi işlər görülür”.

V.Zeynalov qeyd edib ki, Badamdar qəsəbəsindəki III yaşayış massivində su və kanalizasiya çəkilişi işlərinin həyata keçirilməsinə görə “Azərsu” ASC-yə müraciət edilib: “Çünki biz istəyirik ki, artıq həmin ərazidə asfaltlama işlərinə başlanılsın. “Azərsu” ASC ilə danışıqlar gedir. Düşünürəm ki, yaxın 1 həftə -10 gün müddətində bizə cavab veriləcək. Əgər su və kanalizasiya sistemlərinin çəkilişinə başlansa, ondan sonra asfaltlama işlərinə başlanılacaq”.

İcra başçısı həmçinin deyib ki, Badamdar qəsəbəsində qanunsuz tikililərlə bağlı çox böyük problemlər var: “Biz bu məsələ ilə də bağlı çox ciddi mübarizə aparırıq”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR