• SOSİAL

    13:34 24 sentyabr 2019

Vurğun Əyyub vəfat edib

Ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub vəfat edib.

Bu barədə APA-ya V. Əyyubun ailəsindən bildirilib.

Mərhum bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn olunacaq.

Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.

Azərbaycan milli-azadlıq hərəkatının fəallarından, AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib.

V. Əyyub 1992-ci ildə Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulunun keçirilməsini təmin edib.

O, 2014-cü ildə Müsavat partiyasının Məclis üzvlüyündən çıxarılıb.

2015-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini seçilib.

Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan V. Əyyub bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.

Allah rəhmət eləsin!

ONA

Teqlər:

SON XƏBƏRLƏR