• SOSİAL

    13:54 18 mart 2019

Vüsal Hüseynov: “Əcnəbilərdən 100 min manat tələb edilməsi barədə deyilənlər yalandır”

Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşamaq icazəsi üçün xidmətin əcnəbilərdən 100 min manat tələb etməsi məsələsinə münasibət bildirib.

ONA-nın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, sosial şəbəkələrdə xidmətin 100 pul tələb etməsi barədə yayılan məlumatlar yanlışdır.

Onun sözlərinə görə, ölkədə viza müddətindən artıq yaşamaq üçün qanunla müəyyən edilmiş əsaslar var: “Bu əsaslardan biri 100 min manatlıq əmlakın və ya bank hesabında 100 min manat pulun olmasıdır. Yəni əcnəbi ölkəyə səfər edirsə, burda yaşamaq üçün həmin əmlakın mövcudluğunu təsdiq edən sənədi və ya müvafiq bank hesabında pulun olması barədə sənədi Miqrasiya Xidmətinə təqdim etdikdə, həmin şəxsin iki ilədək Azərbaycanda müvəqqəti yaşaması üçün icazə verilir. Həmin məbləğin xidmətə ödənilməsindən söhbət gedə bilməz. Sadəcə, bankda hesabın olması barədə sənəd bizə təqdim edilir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Dövlət Miqrasiya Xidmətinin Azərbaycanda yaşamaq icazəsi üçün əcnəbilərdən 100 min manat tələb etməsi barədə məlumat yayılıb.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR