Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
  • SOSİAL

  • 19:21 18 Avqust 2019

Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub

Xaçmaz və Xızı rayon Polis şöbələrinə yeni polis rəisləri təyin olunub. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən Xızı RPŞ-nin rəisi Həmid Həsənov Xaçmaz  RPŞ-nin rəisi təyin olunub.

Suraxanı rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi Faiq Quliyev isə Xızı RPŞ-nin rəisi təyin edilib.