• SOSİAL

    15:17 23 dekabr 2022

Xankəndi-Laçın yolunda aksiya on iki gündür davam edir - VİDEO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on iki gündür davam edir.

APA-nın əməkdaşı Şuşadan xəbər verir ki, dekabrın 12-də başlayan aksiya fasiləsiz keçirilir.

Ekoaktivistlər, könüllülər, vətəndaş cəmiyyətinin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının, o cümlədən “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden mədənlərinin qanunsuz istismarına etirazlarını bildirir, Azərbaycan dövlət qurumlarının həmin yataqlarda monitorinq keçirməsinin Rusiya sülhməramlıları tərəfindən təmin olunmasını tələb edirlər.

Aksiya iştirakçıları müxtəlif dillərdə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, aksiyanın keçirildiyi yol humanitar və təminat məqsədli yüklərin daşınması, mülki avtomobillərinin hərəkəti üçün tam açıqdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR