• SOSİAL

    16:15 17 fevral 2022

Xarici səyyahlar Kəlbəcər və Laçın dəhlizində olub

Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad olunmuş Kəlbəcər rayonuna səfər edib.

APA-nın əməkdaşı xəbər verir ki, Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət heyət Kəlbəcərdə ermənilərin törətdiyi dağıntılara baxıb, orada infrastruktur layihələrinin icrası ilə tanış olublar.

Səyyahlar daha sonra Laçın dəhlizində olublar.

Heyət bu gün Qubadlı və Zəngilana da səfər edəcək.

Qeyd edək ki, nümayəndə heyəti dünən Şuşa və Ağdamda olub.

Qarabağ və Şərqi Zəngəzura səfər dünyanın ən azı 100-dən çox ölkəsində olmuş məşhur səyyahları birləşdirən beynəlxalq “NomadMania” klubunun təşkilatçılığı ilə keçirilir. Klubun rəhbəri Harry Mitsidis də heyətdə təmsil olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR