• SOSİAL

    08:34 20 yanvar 2021

Xəzər dənizində zəlzələ olub

Yanvarın 20-də Xəzər dənizində maqnitudası 3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ONA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 07:01-də Cəlilabad stansiyasından 31 kilometr cənub-şərqdə, Masallı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin ocağı 48 kilometr dərinlikdə yerləşib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR