Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdə kəmərin alt hissəsində iki insan meyiti aşkarlanıb.
Bu barədə "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, meyiti tapılan şəxslərin 2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu və 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu olduğu müəyyənləşib.
"Ölüm faktı təsdiqlənən həmkarlarımıza və bütün “Günəşli” faciəsi qurbanlarına bir daha Allahdan rəhmət diləyirik", - deyə İ. Əhmədov qeyd edib.