• SOSİAL

    13:12 9 may 2019

Bu gün elektrik enerjisinin verilişində fasilə yaranmayacaq - YENİLƏNİB

Bu gün elektrik enerjisinin verilişində fasilə yaranmayacaq.

Bu barədə ONA-ya “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. O bildirib ki, bayramla əlaqədar olaraq yenidənqurma işləri təxirə salınıb.

***

11:11

Bu gün saat 13.30-dan 16-00-dək Xırdalan şəhəri Quşçuluq massivi, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.

“Azərişıq” ASC –nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bu, "110 kv-luq Xırdalan hava xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranacaq narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR