Mayın 5-i səhər saatlarından etibarən Xocahəsən-Lökbatan avtomobil yolunun "Meyvəli" ticarət mərkəzinin qarşısından Xocahəsən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
ONA-nın məlumatına görə, yolun həmin hissəsində təmir işləri aparılacaq.
Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Təmir işləri müddətində sürücülər alternativ olaraq Bakı-Dairəvi 1 avtomobil yolundan istifadə edə bilərlər.