• SOSİAL

    16:08 14 aprel 2020

Xüsusi karantin dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsi gücləndirilir

Azərbaycan Prezidenti İlham Əliyev xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 misli miqdarında müddətli əlavə müəyyən edilib.

Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR