Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
APA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək idi.