• SOSİAL

    20:48 8 mart 2021

Yağan qar Göygöldə hərəkəti çətinləşdirib, polis gücləndirilmiş iş rejiminə keçib - FOTO

Göygöldə yağan qar nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür.

"Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunur ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafəsi, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər", - deyə məlumatda qeyd olunur.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR