Yağış yağacaq, güclü külək əsəcək  - [color=red]XƏBƏRDARLIQ[/color]
  • SOSİAL

  • 17:03 07 Yanvar 2022

Yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 8-i səhərdən 9-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 08-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

ONA xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında yanvarın 8-də bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

8-i axşam, 9-da gecə bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var.

ONA

Teqlər: